Fevralın 12-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 35 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.