Abşeron rayonunda soyğunçuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xırdalan şəhəri ərazisində bir şəxsin 250 manatının soyğunçuluq yolu ilə talanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Nuriyev saxlanılıb. Onun axtarışda olması da müəyyən edilib.
Araşdırma aparılır.