Astarada itkin düşən məktəbli tapılıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Qeyd olunub ki, Astarada itkin düşən azyaşlını polis əməkdaşları taparaq ailəsinə təhvil veriblər.
***
17:54
Astarada 3-cü sinif şagirdi itkin düşüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Astara rayonunun Maşxan kəndi ərazisində baş verib. Məktəbdən evə qayıdan 9 yaşlı Reyhan Məmmədzadənin itkin düşdüyü bildirilir.
Faktla bağlı polisə məlumat verilib.