Rusiyanın Leninqrad vilayətinin Kirovski rayonunda üç uşaq iki həftədən çox qapalı hamamda yaşayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, anası onları hamama bağlayıb.
Sakinlər polisə müraciət edərək, evlərdən birində üç ac uşaq tapdıqlarını bildiriblər. Məlum olub ki, iki həftəyə yaxındır ki, ən kiçiyinin yeddi yaşı olan qardaşlar soyuq hamamda yaşayıblar.
Onların 41 yaşlı anası mübahisədən sonra uşaqları evdən çıxarıb. Uşaqlar cırıq paltar geyinib, dərsə getməyiblər və qonşulardan yemək istəməyə məcbur olublar.
Yerli sakinlərin zəngindən sonra polis oğlanları xəstəxanaya aparıb və onlara tibbi yardım göstərilib.
Onların anasının yeri hələ də məlum deyil. Lakin qadının sevgilisi saxlanılıb.
Cütlüyün spirt və qeyri-qanuni maddələrdən sui-istifadə etdiyi bildirilir. Qadın əvvəllər narkotik saxlamaqda təqsirli bilinib. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.