Bu gün Astanada Kuandık Bişimbayevin işi üzrə səs-küylü məhkəmə prosesi başa çatıb - keçmiş nazir arvadını öldürməkdə təqsirli bilinib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Astananın Cinayət İşləri üzrə İxtisaslaşdırılmış Rayonlararası Məhkəməsi keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevə hökm oxuyub. Bişimbayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 24 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, yekun hökm cinayət məsuliyyətini ağırlaşdıran bir sıra hallar nəzərə alınmaqla tərtib edilib. Xüsusilə, belə hallar məhkəmə və andlılar məhkəməsi tərəfindən cinayətlərin təhlükəli təkrarlanması, habelə sərxoş vəziyyətdə cinayət törətməsi kimi tanınıb və bu, məhkəmə araşdırması zamanı sübuta yetirilib.
Xatırladaq ki, Səltənət Nukenovanın qətli ilə bağlı məhkəmə prosesi martın 27-dən davam edib. Keçmiş nazirlə birlikdə müttəhimlər kürsüsündə onun qohumu Baxıtjan Bayjanov da olub. Bişimbayev Cinayət Məcəlləsinin iki maddəsi - həddindən artıq amansızlıqla və işgəncə ilə adam öldürmə maddəsi ilə ittiham olunub. Hakim onun telefonunda Səltənətin işgəncəsini əks etdirən videoyazıları tapsa da, keçmiş nazirin özü qətldə təqsirli olduğunu etiraf etməyib.
Saltanat Nukenovanın qətli 2023-cü il noyabrın 9-da Astanada restoranlardan birində ba. Verib. Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin çoxsaylı xəsarətlər yetirməsi səbəbindən həyat yoldaşı Saltanat Nukenova dünyasını dəyişib.