Oğlunun sözləri həyat yoldaşının öldürdüyü tibb bacısının cinayət işinə damğa vurub: "Anamın telefonuna casus proqramı quraşdırdım".
Lent.az xarici mediyaya istinadən məlumat verir ki, hadisə Türkiyənin İsparta şəhərində olub. Xəstəxanada tibb bacısı işləyən Selver Bulutu öldürən Mustafa Bulut son məhkəmə iclasında müdafiə çıxışında arvadının xəyanətini oğlu vasitəsilə öyrəndiyini, özünü öldürmək qərarına gələrkən həyat yoldaşının birlikdə intihar təklifi etdiyini deyib.
Şahid qismində dinlənilən oğlu şübhəli olduğu üçün anasının telefonuna casus proqramı quraşdırdığını, 6 gün izlədiyini və telefonda anasının 4 fərqli kişi ilə yazışmalarını aşkarladığını bildirib.
Təqsirləndirilən şəxsin vəkili də hadisənin hadisənin “arvadını qəsdən öldürülməsi” kimi qiymətləndirilə bilməyəcəyini və qanuni endirimlərdən yararlanmalı olduğunu bildirərək onun azadlığa buraxılmasını istəyib. Prokurorun cinayət üzrə rəy bildirməsi üçün iclas təxirə salınıb.