Ağdamda detonator partlayışı hadisəsi baş verib.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib.
Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.

Ağdamda PARTLAYIŞ, yaralı var
Oxşar yazılar

Bakıda evdən meyit tapıldı
19 avqust 2025 , 09:51
Xaçmaz-Quba yolunda AĞIR QƏZA: ölən var
19 avqust 2025 , 09:23Gəncədəki AĞIR QƏZANIN təfərrüatları
19 avqust 2025 , 08:05
Zəngilanda DƏHŞƏT: maşınla qəsdən vurub öldürdü
19 avqust 2025 , 07:58
Tərtərdə zəlzələ baş verdi
18 avqust 2025 , 20:59
Fransa qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqları Almaniyaya qaytardı
18 avqust 2025 , 19:37
Rusiyada tanınmış azərbaycanlı iş adamı Yusif Xəlilov həbs edildi
18 avqust 2025 , 19:29