ADU-nun yataqxanasında YANĞIN: 9 təcili yardım briqadası  hadisə yerində  - YENİLƏNİB
06 aprel 2024 10:40 (UTC +04:00)

ADU-nun yataqxanasında YANĞIN: 9 təcili yardım briqadası hadisə yerində - YENİLƏNİB

TƏBİB Bakıda yataqxana binasında başverən yanğınla bağlı məlumat yayıb. 

Qurumdan Lent.az-a bildirilib ki, bu gün saat 09:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, Ceyhun Hacıbəyli 151 ünvanında, Xarici Dillər Universitetinin yataqxanasında yanğın baş verməsi səbəbi ilə çağırış daxil olub. 

Hadisə yerinə dərhal 9 təcili yardım briqadası cəlb olunub.

***

Bakıda yataqxanada baş verən yanğın söndürülüb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayonunda yerləşən binada yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli binanın birinci mərtəbəsində, ilkin hesablamaya əsasən, mənzildə 12kv.m sahədə otaq əşyaları və 24p.m elektrik naqilləri yanıb. Digər mənzillər yanğından mühafiə olunub.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 45 nəfər bina sakini təxliyə edilib.

***

saat 10:09

Azərbaycan Dillər Universiteti yataqxanada baş verən yanğına münasibət bildirib.

Universitetdən Lent.az-a verilən məlumata görə, yanğın baş verən yataqxanada tələbələr yaşamırlar.

Yataqxanada məcburi köçkünlər məskunlaşıb. 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

***

saat 10:05

FHN yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb. 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küç., 150 ünvanında yerləşən yataqxana binasında  yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir.

***

saat 09:53

Bakıda yataqxana binası yanır. 

Lent.az xəbər verir ki, hadisə Azərbayan Dillər Universitetinin Binəqədi rayonunda yerləşən yataqxanasında meydana gəlib. 

Əraziyə yanğınsöndürənlər cəlb edilib. 

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

# 5154
avatar

Oxşar yazılar

Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51
Polis zabiti məhkəmə zalında həbs olundu

Polis zabiti məhkəmə zalında həbs olundu

4 may 2024 , 17:31
Lənkəranda uşağın əli ətçəkən maşında  qaldı

Lənkəranda uşağın əli ətçəkən maşında qaldı

4 may 2024 , 16:35
Silsilə oğurluqlar edən "Qızlar dəstəsi"  ələ keçirildi

Silsilə oğurluqlar edən "Qızlar dəstəsi" ələ keçirildi

4 may 2024 , 16:10
Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

Bakının 5 rayonunda bıçaq mağazalarında ƏMƏLİYYAT

4 may 2024 , 15:39
Tovuzda zəlzələ oldu

Tovuzda zəlzələ oldu

4 may 2024 , 14:28
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

4 may 2024 , 13:12