Kafedə saxlanılanlar
27 noyabr 2021 12:45 (UTC +04:00)

Kafedə saxlanılanlar

Abşerondakı çay evinə POLİS "BASQINI": 6 nəfər saxlanıldı - FOTO

Abşeron rayonunda karantin qaydalarını pozaraq müştərilərə gecə saat 00:00-dan sonra xidmət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Masazır qəsəbəsində yerləşən “Kral” kafesinin saat 0:20-də müştərilərə xidmət göstərdiyini müəyyən ediblər.

Obyektin fəaliyyəti dərhal dayandırılıb, kafenin sahibi İ.Hüseynov və 6 müştəri saxlanılaraq Polis İdarəsinə dəvət edilib.  Müştərilər və kafenin sahibi barəsində inzibati qaydada tədbir görülüb və onların hər biri cərimə ediliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl olunmasının vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2100
avatar

Mehman Nəbiyev

Oxşar yazılar