Abşeronda 24 yaşlı gəncin meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə Abşeron rayonu Xırdalan şəhərində baş verib.
2000-ci il təvəllüdlü Daşdəmirov Xəyyam Hikmət oğlunun Xırdalan şəhərində kirayə yaşadığı evdə meyiti aşkar edilib.
Hadisə yerinə baxış keçirən zaman kəskin qaz iyinin gəldiyi hiss olunub.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.