Yeniyetmə qonşusunu bıçaqladı
19 noyabr 2019 10:53 (UTC +04:00)

Yeniyetmə qonşusunu bıçaqladı

Sumqayıt sakini qonşusunu bıçaqlayıb.

APA-nın məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivində qeydə alınıb. 

Həmin massivdə yaşayan, 15 yaşlı Şəfi Məmmədov münaqişə zəminində qonşusu, 42 yaşlı Yasər Rüstəmova çoxsaylı bıçaq zərbələri vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 839
avatar

Oxşar yazılar