Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna rəis təyin etdi
16 noyabr 2019 15:47 (UTC +04:00)

Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna rəis təyin etdi

 

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Əlaslan Ağayev Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.
Lent.az-a bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, noyabrın 16-da nazir Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək polis polkovniki Ə.Ağayevi şəxsi heyətə təqdim edib, xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1100
avatar

Oxşar yazılar