Tanınımış müğənni və onun ad gününə toplaşanlar 200 manat cərimələndi
22 avqust 2020 13:08 (UTC +04:00)

Tanınımış müğənni və onun ad gününə toplaşanlar 200 manat cərimələndi


Ötən gün sosial şəbəkələrdə xüsusi karantin rejiminin tələblərini pozaraq Sumqayıt şəhərindəki “Amore” restoranında müğənni Nüşabə Musayevanın özünə ad günü şənliyi keçirməsi barədə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4879
avatar

Oxşar yazılar