Sürücü maşınla yeniyetməni vurub qaçdı
03 noyabr 2019 13:44 (UTC +04:00)

Sürücü maşınla yeniyetməni vurub qaçdı

Lənkəranda 14 yaşlı yeniyetməni avtomobil vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi Lənkəran rayonunun Liman şəhərində qeydə alınıb.

Hələlik kimliyi bilinməyən sürücü idarə etdiyi avtomobillə 2005-ci il təvəllüdlü Cəlilabad sakini Adəm Ağahüseyn oğlu Mirzəyevi vuraraq hadisə yerindən qaçıb. A. Mirzəyev öncə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin vəziyyəti ağır qiymətləndirildiyindən təcili olaraq paytaxt xəstəxanalarından birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767
avatar

Oxşar yazılar