Qadına qarşı quldurluq edən şəxs tutuldu
18 noyabr 2019 15:25 (UTC +04:00)

Qadına qarşı quldurluq edən şəxs tutuldu

İmişli rayonunda quldurluq hadisəsi qeydə alınıb.

Lent.az-ın DİN mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticəsində  noyabrın 16-da rayon sakini Q.Bağırovanın evinə girərək quldurluq yolu ilə onun qızıl sırğasını, qızıl üzüyünü və 2 ədəd mobil telefonunu almaqda şübhəli bilinən şəhər sakini E.Xubiyarov saxlanılıb.

# 885
avatar

Mehman Nəbiyev

Oxşar yazılar