Polislər körpələri belə xilas etdi
15 noyabr 2019 13:38 (UTC +04:00)

Polislər körpələri belə xilas etdi

Bakıdakı yanğın zamanı xilasetmə üçün Fövqəladə Hallar Nazirliyinin və polis orqanlarının əməkdaşları cəlb olunub.

Lent.az-ın məlumatına görə, gecə saat 00:30-da Bakının Xətai rayonu, Neapol küçəsində hündürmərtəbəli binada baş verən yanğına FHN əməkdaşlarından əlavə polis əməkdaşları da cəlb olunub. Onların körpələri xilasetmə anı kameraların yaddaşına həkk olunub. Həmin fotolar sosial şəbəkədə izləyicilərin böyük rəğbətini qazanıb.

Qeyd edək ki, Xətai rayonu, Neapol küçəsi 29/42-də 18 mərtəbəli binada baş verən yanğın zamanı 11 nəfər tüstüdən zəhərlənib. Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. 5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimlı ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılıb. Onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

# 1043
avatar

Mehman Nəbiyev

Oxşar yazılar