Oğurluq edən yeniyetmə və keçmiş məhkum saxlanıldı
05 noyabr 2019 13:36 (UTC +04:00)

Oğurluq edən yeniyetmə və keçmiş məhkum saxlanıldı

Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il iyulun 10-da R.Cəfərovun 155 manatını və 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini olan  bir yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da şəhər ərazisindəki evlərin birindən 2715 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş M.Abdullayev saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765
avatar

Mehman Nəbiyev

Oxşar yazılar