Musiqi sifarişi toyu yasa çevirdi: qohumlar bir-birini bıçaqladı - YENİLƏNİB
19 noyabr 2019 10:42 (UTC +04:00)

Musiqi sifarişi toyu yasa çevirdi: qohumlar bir-birini bıçaqladı - YENİLƏNİB

Ötən gecə Şəmkirdə baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində baş verən bıçaqlanma hadisəsi toy şənliyində qeydə alınıb. Olayın musiqi sifariş vermək üstündə meydana gəldiyi deyilir. Həmçinin qeyd edək ki, hadisəni törədən 56 yaşlı Fərhad Məmmədov və 22 yaşlı Mayıl İsmayılov içkili olublar.

***

saat: 03:29

 

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm-Cırdaxan kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Mayıl İsmaylov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dərhal 22 yaşlı gənc əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Araşdırma zamanı müəyyən edilib ki, 22 yaşlı gənci qohumu, 1963-cü il təvəllüdlü Fərhad Məmmədov bıçaqlayıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən 56 yaşlı kişi polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir RPŞ-də araşdırma aparılır.

# 2533
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakı-Qazax yolunda  yük maşını   aşdı

Bakı-Qazax yolunda yük maşını aşdı

28 aprel 2024 , 19:39
Neftçalada 46 yaşlı kişi  göldə   batdı

Neftçalada 46 yaşlı kişi göldə batdı

28 aprel 2024 , 19:36
Şəkidə qəza-Xəsarət alanlar var

Şəkidə qəza-Xəsarət alanlar var

28 aprel 2024 , 18:12
Sədərək rayonunda partlayış -  Ölənlər var

Sədərək rayonunda partlayış - Ölənlər var

28 aprel 2024 , 17:09
Göygöldə çətin keçilən ərazidən meyit çıxarıldı-YENİLƏNİB

Göygöldə çətin keçilən ərazidən meyit çıxarıldı-YENİLƏNİB

28 aprel 2024 , 17:01
Bakıda restoranda yanğın  -Tüstüdən zəhərlənənlər var

Bakıda restoranda yanğın -Tüstüdən zəhərlənənlər var

28 aprel 2024 , 16:25
Tovuzda  dərəyə düşən   kişi xilas edildi -  VİDEO

Tovuzda dərəyə düşən kişi xilas edildi - VİDEO

28 aprel 2024 , 14:37
Bakıda kuryoz olay-VİDEO

Bakıda kuryoz olay-VİDEO

28 aprel 2024 , 12:08