İstanbulda avtobus qəzası: 1 ölü, 13 yaralı - FOTO
04 noyabr 2019 03:04 (UTC +04:00)

İstanbulda avtobus qəzası: 1 ölü, 13 yaralı - FOTO

 

 

İstanbulun Beşiktaş meydanında sürətlə hərəkətdə olan sərnişin avtobusu dayanacağa çırpılaraq qəza törədib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəza nəticəsində bir nəfər ölüb, 2-si ağır olmaqla 13 nəfər yaralanıb. 

Qəzadan sonra sürücü hadisə yerindən qaçmaq istəyərkən ona mane olan şəxsə bıçaq zərbələri endirib və özünü dənizə atıb.

Polislər sürücünü dənizdən çıxararaq həbs edib.

İstanbul Böyük Şəhər Bələdiyyəsinin əməkdaşları yaralılara baş çəkib. 

Hadisə ilə bağlı avtobus şirkətinin sahibi və sürücü haqqında araşdırma başlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611
avatar

Oxşar yazılar