İrandan külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
05 noyabr 2019 10:15 (UTC +04:00)

İrandan külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı

 

Noyabrın 3-də saat 07:30-də Astara şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq ölkə ərazisinə narkotik maddə gətirən bir nəfər naməlum şəxs həmin ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən aşkar edilib.
 
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, sərhədçilərin qanuni tələblərinə əməl etməyən sərhəd pozucusunun təqibi zamanı o, əlindəki çantanı ataraq relyefin mürəkkəbliyindən istifadə edərək İran istiqamətində geri qaçıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucusunun yerə atdığı çantada qanunsuz yolla Azərbaycan ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitə olan 12 kiloqram 730 qram “Kakos”, 7945 ədəd“Metadon 40” psixotrop maddə və bir ədəd soyuq silah (xəncər) aşkar edilərək götürülub.
 
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667
avatar

Mehman Nəbiyev

Oxşar yazılar