Baş Prokurorluqdan DSX-də aparılan əməliyyatla bağlı AÇIQLAMA
13 may 2020 16:17 (UTC +04:00)

Baş Prokurorluqdan DSX-də aparılan əməliyyatla bağlı AÇIQLAMA

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Dövlət Sərhəd Xidmətinın Sahil mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirilən əməliyyata münasibət bildirib.

E.Sultanov Lent.az-ın sorğusuna cavabında keçirilən əməliyyatı təstiqləyib. Bildirib ki, DSX-nın Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb, detalları barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6562
avatar

Mehman Nəbiyev

Oxşar yazılar