Bakıda yaşlı qadını maşın vurub öldürdü
06 may 2020 09:20 (UTC +04:00)

Bakıda yaşlı qadını maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, E.Dadaşov küçəsində qeydə alınıb.

Şəhər sakini, 48 yaşlı E. Mirağayev idarə etdiyi  “Opel” markalı avtomobillə yolu keçmək istəyən 59 yaşlı M.Məmmədlini vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci(yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1809
avatar

Mehman Nəbiyev

Oxşar yazılar