Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.
1980-ci il təvəllüdlü Qasımov Elbrus Qasım oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alıb. O, qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.