Bakıda  baş vermiş yanğında xəsarət alan 11 nəfərdən 5-i uşaqdır - YENİLƏNİB
15 noyabr 2019 09:19 (UTC +04:00)

Bakıda baş vermiş yanğında xəsarət alan 11 nəfərdən 5-i uşaqdır - YENİLƏNİB

Səhiyyə Nazirliyi Bakının Xətai rayonunda baş vermiş yanğında xəsarət alanlarla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Xətai rayonu Neapol küç. 29/42 m. 79- da mansardın yanması barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub. Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. 5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə KTM-in toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

***

07:06

Bakıda hündürmərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın məlumatına görə, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.

Bunlar 1965-ci il təvəllüdlü Salmanova Şəfəq Şabəddin qızı, onun bacısı, 1968-ci il təvəllüdlü İsmayılova Şəlalə Şabəddin qızı, 32 yaşlı Əliyev Zaur Arzuman oğlu, onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Əliyeva Səbinə Asif qızı, onların övladları, 2013-cü il təvəllüdlü Ayan Əliyeva, 2016-cı il təvəllüdlü Aliyə Əliyeva və 2018-ci il təvəllüdlü Asim Əliyev, habelə 33 yaşlı Tağıyeva Sevinc Əbilfəz qızı, onun övladları, 2008-ci il təvəllüdlü Tağıyev Əhməd Rəşad oğlu, 2014-cü il təvəllüdlü Tağıyeva Elay Rəşad qızı və S.Tağıyevanın anası, Nağıyeva Kifayət Qəşəng qızıdır.

Yaralıar 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1658
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28