Bakı sakinindən külli miqdarda heroin götürüldü
27 noyabr 2019 10:08 (UTC +04:00)

Bakı sakinindən külli miqdarda heroin götürüldü

Xətai rayon sakinindən külli miqdarda narkotik götürülüb.

Lent.az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsi Post Patrul Xidməti Bölməsinin və 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nəsirəddin Tusi küçəsində yaşayan 25 yaşlı Zeynalov Əsəd Azad oğlunun üzərindən 4.5 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2762
avatar

Mehman Nəbiyev

Oxşar yazılar