Rusiyanın Lipetsk şəhərində “HammAli & Navai” rep qrupunun üzvləri güllələnib.
Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hadisə şəhərin “Meqapolis” əyləncə mərkəzində keçirilən konsertdən sonra baş verib.
Məlumata görə, 27 yaşlı Aleksandr Əliyev və 24 yaşlı Nəvai Bəkirov konsertdən sonra ərazini tərk edərkən naməlum şəxslər tərəfindən izləniliblər. Şəhərdən azca aralanan naməlum şəxslər onların “Mercedes-Benz” markalı avtomobillərini atəşə tutub. Xoşbəxtlikdən reperlər xəsarət almayıblar.
Qeyd edək ki, hər iki reper milliyətcə azərbaycanlıdır və Rusiyada çox populyardırlar.