Azərbaycanda daha bir mikroavtobus QƏZASI: 2 ölü, 5 yaralı - FOTO - YENİLƏNİB
03 noyabr 2019 11:33 (UTC +04:00)

Azərbaycanda daha bir mikroavtobus QƏZASI: 2 ölü, 5 yaralı - FOTO - YENİLƏNİB

0

Qobustandakı qəza zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

 

APA-nın yerli bürosunun məlumatına görə, Bakı-Şamaxı yolunun 90-cı kilometrində “Mercedes-Vita” markalı mikroavtobus dairəvi yol ayrıcına çırpılaraq aşması nəticəsində Balakən rayon Yeni Şərif kənd sakini 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Süleyman qızı, Qaysa kənd sakini 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Şaban qızı, onun həmkəndlisi 1963-cü il təvəllüdlü Əsdiyev Hacı Şahmar oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu və 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğlu müxtəlif bədən xəsarətləri alıblar. 

 

 

Avtomobilin sürücüsü Balakən rayon Yeni Şərif kənd sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişin 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlu isə hadisə yerində dünyasını dəyişiblər.

 

10:15

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində "Mercedes" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.

 

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

09:20

Bu gün Bakı-Şamaxı yolunun 90-cı kilometrində “Mercedes-Vita” markalı mikroavtobus dairəvi yol ayrıcına çırpılıb və aşıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1426

Oxşar yazılar