Azərbaycanda AĞIR QƏZA: ölənlərin şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB
03 noyabr 2019 16:10 (UTC +04:00)

Azərbaycanda AĞIR QƏZA: ölənlərin şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB

0

Bu gün Sumqayıtda "Mitsubishi" və "Ravon" markalı minik avtomobillərinin toqquşması nəticəsində həyatını itirənlərin şəxsiyyəti məlum olub.

 

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 1997-ci il təvəllüdlü Babazadə Elşən Seymur oğlu və 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğlu ölüb. 

 

 

Qeyd edək ki, bu gün  "Stansiya Sumqayıt" ərazisində baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

 

 

15:10

 

Sumqayıtda "Mitsubishi" və "Ravon" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

 

APA-nın yerli bürosunun məlumatına görə,  "Stansiya Sumqayıt" ərazisində baş verən qəzada xəsarət alanlardan birinin durumu ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

13:10

Sumqayıtda iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə "Stansiya Sumqayıt" ərazisində qeydə alınıb.

Audi və Ravon markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.  Ölənlərdən birinin şəxsiyyəti müəyyənləşib. O, 1979-cu il təvəllüdlü Səbiyeva Həcər Sabər qızıdır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5458

Oxşar yazılar