Azərbaycanda ağır avtomobil qəzası: ölən və yaralanan var
29 noyabr 2019 20:02 (UTC +04:00)

Azərbaycanda ağır avtomobil qəzası: ölən və yaralanan var

 

Göyçayda yol-nəqliyyat hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 19:00 radələrində Göyçay-Ucar avtomobil yolunda, Hüngütlü kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili sürətlə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkət edən "QAZEL" markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb. Hadisə zamanı minik avtomobilində olan bir nəfər ölüb, digəri isə yaralanıb. Həmin şəxslərin qardaş olduğu deyilir. 

Faktla bağl Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1957

Oxşar yazılar