Avtomobil oğruları ələ keçdi
09 noyabr 2019 13:25 (UTC +04:00)

Avtomobil oğruları ələ keçdi

Bakıda və Masallıda avtomobillər oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də Mahmudavar kəndi ərazisindən kənd sakini A.Səfərova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini R.Həsənov saxlanılıb.

Bundan başqa, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Buta qəsəbə sakini T.Abbasov saxlanılıb. Polis əməkdaşları tərəfindən avtomobil onun yaşadığı evin həyətində tapılıb.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 760
avatar

Oxşar yazılar