Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 324 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin sentyabr ayına olan icmalında qeyd olunub.
Qeyd olunub ki, sentyabr ayı ərzində ölkədən çıxışı qadağan edilmiş 855 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 54 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.