Sumqayıtda 53 yaşlı kişi quyuya düşərək ölüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. 1971-ci il təvəllüdlü Mahir Qabil oğlu Əhmədov ərazidə olan üstü açıq quyuya düşərək ölüb.
Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.