Türkiyədə azyaşlı zorla ərə verilib.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, hadisə Anadolunun Niğdə bölgəsində baş verib.
15 yaşlı qızın zorla evləndirilməsi ilə bağlı aparılan istintaqda iki ailədən 5 nəfər saxlanılıb. Qızla evli olan bibisi oğlu 21 yaşlı A.Ö həbs olunub. 4 nəfər məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Qeyd edək ki, 15 yaşlı qız bibisi oğlu ilə zorla evləndirildiyini söyləyərək sosial mediada kömək istəyib. Yeniyetmə qız Ailə və Sosial Xidmətlər müəssisəsinə yerləşdirilib.