10 minlik oğurluq  etdi, üzərindən narkotik də tapıldı
11 aprel 2025 13:22 (UTC +04:00)

10 minlik oğurluq etdi, üzərindən narkotik də tapıldı

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 2500 manat pul və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə əsasən, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı R.Namazov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Aparılan araşdırmalarla saxlanılan şəxsin Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3000 manat, 300 dollar pul vəsaiti, 4500 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və 3 mobil telefonu oğurlaması da müəyyənləşdirilib.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar