Tural Abbaslı və Məhəmməd Məcidlinin həbs müddəti uzadıldı
İyulun 15-də Səbayel rayon Məhkəməsində İctimai Palatanın “2 aprel” mitinqi ilə bağlı qaldırılmış cinayət işi çərçivəsində həbs edilən Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP üzvü Məhəmməd Məcidlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin vaxtının uzadılması ilə bağlı vəsatətə baxılıb.
Vəkil Anar Qasımlının Lent.az-a verdiyi məlumata görə, bu barədə vəsatət Bakı Şəhər Prokurorluğu tərəfindən təqdim edilib. Prokurorluq adı çəkilən şəxslərin istintaqlarının hələ yekunlaşmadığını əsas gətirərək, belə bir vəsatət qaldırıb.
Məhkəmə hər iki şəxslə bağlı qaldırılmış vəsatətləri təmin edərək, onların barəsində seçilmiş həbs-qətimkan tədbirlərinin müddətini daha iki ay uzadıb.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham edilir.
Anar

705