Daha 3 yol polisi xidmətdən xaric edilib
Daxili işlər nazirinin 9 iyul 2011-ci il tarixli əmri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 3 əməkdaşı xidmətdən xaric olunub.
Lent.az DİN-in saytına istinadən xəbər verir ki, tabeliyində olan əməkdaşların xidməti fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiyinə görə 1 əməkdaşa isə “şiddətli töhmət” elan edilib.
Lent.az DİN-in saytına istinadən xəbər verir ki, tabeliyində olan əməkdaşların xidməti fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiyinə görə 1 əməkdaşa isə “şiddətli töhmət” elan edilib.
528