Cəlilabadda ağır yol qəzası: ölən və yaralananlar var
08 yanvar 2011 12:40 (UTC +04:00)

Cəlilabadda ağır yol qəzası: ölən və yaralananlar var

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gün saat 20:00 radələrində Ələt-Astara magistralının 121-ci kilometrliyində - Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb.

Tehran-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasının vətəndaşı Oruc Xodesenin idarə etdiyi “SKANİYA” markalı avtobus Biləsuvar rayon sakini, 24 yaşlı Elçin Şahbazovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü və sərnişini, 33 yaşlı Biləsuvar rayon sakini Elnur Kazımov hadisə yerindəcə keçinib. “VAZ-2106”-da olan digər sərnişinlər - 28 yaşlı Araz Axundov, 29 yaşlı Fariz Həsənov və 29 yaşlı Elgün Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, avtobusda olan 11 sərnişinin heç biri xəsarət almayıb. Onların hamısı digər maşınlarla Bakıya yola salınıblar.

Hələlik qəzanın baş verməsi səbəbləri ilə bağlı hər hansı məlumat verilməsə də, hadisə şahidlərinin sözlərinə görə, Tehrandan gələn avtobusda xəstə sərnişinlər olub. Ona görə də sürücü avtobusu sürətlə idarə etməyib. “VAZ-2106” markalı avtomobil qəfildən avtobusun qarşısına çıxıb. Avtobusun sürücüsü maşını kənara çəkməyə çalışsa da, qəza qaçılmaz olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15