Almatıda itkin düşən azərbaycanlı uşağın meyiti tapılıb
7 yaşlı Aysel Namiq qızı Rəsulova aprelin 19-da itkin düşüb
Almatıda aprelin 19-da itkin düşən 7 yaşlı azərbaycanlı Aysel Namiq qızı Rəsulovanın meyiti tapılıb.
Almatı Daxili İşlər Departamentinin mətbuat xidmətindən APA-nın Qazaxıstan müxbirinə verilən məlumata görə, aprelin 19-da Aysel Rəsulova bir neçə uşaqla birlikdə Rıskulova və Brodcki küçələrinin kəsişdiyi yerdə yerləşən qəbiristanlığa gedərək Pasxa bayramı payı yığmaq istəyiblər. Həmyaşıdlarından az pay yığan Aysel daha iki qəbiristanlığa gedib və azaraq yoldaşlarını itirib. Aysellə birlikdə qəbiristanlığa gedən uşaqlar bu barədə milisə məlumat veriblər. Aprelin 28-də qəbiristanlığa qohumlarının məzarını ziyarətə gələn qadın qırılmış ağac budaqlarının altında ölmüş qız meyiti aşkarlayıb. Hazırda meyitin ilkin müayinəsi keçirilir. Onun hər hansı təzyiqə məruz qalıb-qalmadığı barədə ekspertiza rəyi sonra açıqlanacaq.
Qeyd edək ki, Aysel Rəsulovanın ailəsi Almatı şəhərinə Gürcüstandan köçüb.

Oxşar yazılar

Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü
15 iyul 2025 , 02:14
Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25