Flora Kərimovanın İlhamə Quliyevaya qarşı iddiası icraata qəbul edilməyib
23 aprel 2009 13:00 (UTC +04:00)

Flora Kərimovanın İlhamə Quliyevaya qarşı iddiası icraata qəbul edilməyib

Bakı Apellyasiya Məhkəməsində Xalq artisti Flora Kərimovanın Nəsimi rayon Məhkəməsinin qərardandından verdiyi apellyasiya şikayətinə baxılıb. Qarşı tərəfin – Xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli Lent.az-a bildirib ki, hakim İlqar Dəmirov Nəsimi rayon Məhkəməsinin hakimi Kəmaləddin Bədəlovun qərardadını qüvvədə saxlayıb. Yəni Flora Kərimovann qarşılıqlı iddiası icraata qəbul edilməyib.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində 05.12.2008-ci il tarixdə Xalq artisti İlhamə Quliyeva Xalq artisti Flora Kərimovaya qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia qaldırmışdı. Həmin məhkəmədən sonra Flora Kərimova İlhamə Quliyevaya qarşı qarşılıqlı iddia qaldırmışdı. Hakim Kəmaləddin Bədəlov Flora Kərimovanın qarşılıqlı iddiasını rədd edib. Hakimin qərardadından Flora Kərimova Apellyasiya Məhkəməsinə şikayət vermişdi.

Yaxın günlərdə İlhamə Quliyevanın Flora Kərimovaya qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddiası üzrə mülki işə baxılacaq. Xatırladaq ki, İlhamə Quliyeva Flora Kərimovadan 100 min manat məbləğində təzminat tələb edir.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar