4 yaşlı Züleyxanın həyata möcüzəli dönüşü
Onu özündən bir yaş kiçik olan qardaşı Rəşad xilas edib
Bakı sakinləri Hacıyevlər ailəsinin yaşadıqları, sonu sevinclə bitən dramatik filmləri xatırladır. Anadangəlmə talassemiya xəstəsi olan 4 yaşlı Züleyxa Hacıyeva özündən 1 yaş kiçik qardaşı Rəşadın sayəsində həyata dönüb. Lent.az-ın Türkiyənin Doğan Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, 3 yaşlı Rəşaddan götürülən sümük iliyi böyük bacısı Züleyxaya Akdeniz Universitetinin Hemotoloji Klinikasında uğurla köçürülüb. Uşaq Hemotolojisi üzrə mütəxəssis, professor Akif Yeşilipek Züleyxanın sağlamlığında heç bir problem qalmadığını, lakin 6 ay müddətində onun nəzarətdə saxlanılacağını bildirib.
Xəstəxanada indiyədək 110 uşağa ilik köçürüldüyünü deyən professor, ilk əcnəbi xəstənin məhz Bakıdan gedən Züleyxa olduğunu vurğulayıb.
Balaca Züleyxanın anası, evdar qadın Nigar Hacıyeva da qızının ondan 1 yaş kiçik qardaşı sayəsində həyata döndüyünü vurğulayaraq, sevincini ifadə edib. “Oğlum sanki bacısına xilasedici bir mələk kimi gəldi. Bunu xəstəxanada daha yaxşı anladıq. 100% uyğun gələn ilik yalnız aylar, hətta illərlə sürən axtarışlar nəticəsində tapılır. Ancaq Rəşaddan götürülən iliklə nəinki qızım, ümumilikdə ailəmiz yenidən həyata döndük” – deyə, o bildirib.
Züleyxanın Bakıda telefon şirkətlərindən birinin təmsilçiliyini edən atası da çox şanslı olduqlarını vurğulayıb.
Pərvin ABBASOV

Oxşar yazılar

Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
30 iyun 2025 , 02:13Bakıda əməliyyat: Narkotacir zərərsizləşdirildi, daha bir nəfər saxlanıldı
30 iyun 2025 , 02:09
Gəncədə qonşu davası - Yaşlı qadın bıçaqlandı
29 iyun 2025 , 23:00
Xırdalanda güclü yanğın başladı - VİDEO
29 iyun 2025 , 22:08
Şəkidə 75 yaşlı kişini maşın vurub öldürdü
29 iyun 2025 , 21:10
Samuxda evdən 86 yaşlı qadının yanmış meyiti tapıldı
29 iyun 2025 , 19:23
Seyfəddin Hüseynli: “Yekaterinburqda öldürülən qardaşlarımın nəşi sabah gətiriləcək”
29 iyun 2025 , 19:08