XƏBƏRDARLIQ:  Bu rayonlarda işıq olmayacaq
18 avqust 2026 22:51 (UTC +04:00)

XƏBƏRDARLIQ: Bu rayonlarda işıq olmayacaq

0

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatınıbn qarşılanması məqsədilə avqustun 19-da Ağdaş və Göyçayda bir sıra 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

"Azərişıq"dan Lent.az-a verilən məlumata görə, Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 11:00-dan 14:00-dək Ağzıbir, Xınaxlı, Kotavan, Qaraoğlan və Pirəzə kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Həmçinin planlı fasilə saat 10:00-dan 13:00-dək Yuxarı Qəsil, Kükəl kəndlərini və Ləki dörd yol ərazisini əhatə edəcək.

Göyçay EŞ-yə daxil olan Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək  enerjinin verilişində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar