Qum adasında meyit tapılması ilə bağlı rəsmi məlumat yayılıb
Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu paytaxtın Qum adasında kişi meyitinin tapılması faktı ilə bağlı açıqlama yayıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, baltalanaraq basdırılmış kişi meyitinin kimlər tərəfindən qətlə yetirildiyi məlum olub. Bildirilib ki, 10 dekabr 2008-ci ildə Bakı şəhər sakini Cavad Abdullayev ərizə ilə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə müraciət edərək qardaşı, 1955-ci il təvəllüdlü İbadulla Paşa oğlu Abdullayevin 20 noyabr 2008-ci il tarixdə yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmaması haqda məlumat verib. Müraciətlə bağlı Polis Bölməsində aparılan ilkin araşdırma zamanı İbadulla Abdullayevin olduğu yer müəyyən olunmadığından barəsində 23 dekabr 2008-ci il tarixdə xəbərsiz itkin düşmüş şəxs kimi axtarış elan olunub.
Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun əməkdaşları tərəfindən İ. Abdullayevin tapılması istiqamətində həyata keçirilən birgə tədbirlər zamanı onun qətlə yetirilməsi ehtimalı da yoxlanılıb, görülən birgə tədbirlər nəticəsində 24 fevral 2009-cu il tarixdə onun Qum adasında basdırılmış meyiti aşkarlanıb.
Araşdırma zamanı müəyyən edilib ki, İbadulla Abdullayev 20 noyabr 2008-ci il tarixdə ailə münaqişə zəminində yaşadığı evdən çıxıb əvvəllər işlədiyi Qum adasında tanışı, Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Əliyev Şakir Akif oğlunun və onun qeyri-rəsmi yaşadığı 1976-cı il təvəllüdlü Rəsulova Mehriban Gülhüseyn qızının yanında məskunlaşıb. 24 noyabr 2008-ci il tarixdə Mehriban Rəsulova qeyri-rəsmi yaşadığı Şakir Əliyevə və sonuncu tanışı Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Musayev Fərman Salman oğluna İbadulla Abdullayev tərəfindən döyülərək zorlanması barədə məlumat verib. Buna görə Şakir Əliyev və Fərman Musayev İbadulla Abdullayevi cəzalandırmaq məqsədilə 25 noyabr 2008-ci ildə İ. Abdullayevin Qum adasında yaşadığı daxmaya gələrək onunla mübahisə ediblər. Tərəflər arasında mübahisə böyüyüb, Şakir Əliyev balta, Fərman Musayev isə dəmir parçası ilə İbadulla Abdullayevi baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirməklə qəsdən öldürüb, törətdikləri ağır cinayət hadisəsinin izini itirmək məqsədilə meyiti yaxınlıqdakı sahədə basdırıblar.
Törədilmiş xüsusilə ağır cinayət hadisəsi ilə əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Şakir Əliyev və Fərman Musayev həbs olunublar. Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1481