Valyutadəyişmə məntəqəsi işçisinin 40 min manatı oğurlandı
20 fevral 2009 20:00 (UTC +04:00)

Valyutadəyişmə məntəqəsi işçisinin 40 min manatı oğurlandı

Naməlum şəxslər Mürşid Hüseynovu bıçaqlayaraq, pulunu və 14 manatlı qızıl-zinət əşyasını alıblar

Azərbaycanın Sumqayıt şəhərində valyuta dəyişmə məntəqəsinin işçisinə basqın edərək külli miqdarda pulunu və qızıl-zinət əşyalarını aparıblar.

Sumqayıt şəhər hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə ötən gecə şəhərin 41-ci məhəlləsində, 1 b ünvanında yerləşən yaşayış binasının qarşısında baş verib. Həmin binanın sakini, “Karvan” ticarət mərkəzində fəaliyyət göstərən valyutadəyişmə məntəqəsində çalışan Mürşid Cümşüd oğlu Hüseynov işdən evə qayıdarkən yaşadığı binanın 1-ci blokunun qarşısında naməlum şəxslərin basqınına məruz qalıb.

Naməlum şəxslər ona bıçaqla bir neçə dəfə zərbə endirərək əlində olan 40 min manat pulunu və 14 min manat dəyərində qızıl-zinət əşyalarını alaraq, hadisə yerindən qaçıblar. Zərərçəkən döş qəfəsindən aldığı ağır bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini stabil qiymətləndirir.
Hadisə baş verəndən dərhal sonra həmin əraziyə Sumqayıt şəhər Polis İdarəsinin və şəhər Prokurorluğunun əməkdaşları gəlib. Hazırda şəhər hüquq-mühafizə orqanları hadisəni törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990

Oxşar yazılar

Bakı 53 yaşlı kişi ÖZÜNÜ ÖLDÜRDÜ

Bakı 53 yaşlı kişi ÖZÜNÜ ÖLDÜRDÜ

2 iyul 2024 , 19:03
Özünü 12-ci mərtəbədən atdı:  Bakıda qara paltarlı qadının müəmmalı intiharı - YENİLƏNİB

Özünü 12-ci mərtəbədən atdı: Bakıda qara paltarlı qadının müəmmalı intiharı - YENİLƏNİB

2 iyul 2024 , 18:45
"Moon Kids"  uşaq bağçasının direktoru saxlanıldı

"Moon Kids" uşaq bağçasının direktoru saxlanıldı

2 iyul 2024 , 16:22
Bakıda KÜTLƏVİ DAVA:  bıçağı qarnına sancdı

Bakıda KÜTLƏVİ DAVA: bıçağı qarnına sancdı

2 iyul 2024 , 15:49
Tibb Universitetinin professoru VƏFAT ETDİ

Tibb Universitetinin professoru VƏFAT ETDİ

2 iyul 2024 , 15:43
Bakıda həbsxanada DAHA BİR ÖLÜM

Bakıda həbsxanada DAHA BİR ÖLÜM

2 iyul 2024 , 14:02
Bakıda 27 nəfəri gün vurdu

Bakıda 27 nəfəri gün vurdu

2 iyul 2024 , 11:48
Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

2 iyul 2024 , 10:42