Rusiyada azərbaycanlı “bomj”un başçılıq etdiyi banda yaxalanıb
28 avqust 2010 16:26 (UTC +04:00)

Rusiyada azərbaycanlı “bomj”un başçılıq etdiyi banda yaxalanıb

Rusiya milisi Sankt-Peterburqda qəddar qətl, insan oğurluğu, soyğunçuluq və digər cinayətlər törətmiş, federal axtarışda olan 7 nəfəri yaxalayıb. Lent.az-ın “newsru.co.il” saytına istinadən verdiyi məlumata görə, bu şəxslər bir cinayətkar qrupun üzvləridir.

Cinayətkar qrupun üzvlərinin sayı dəqiq bilinmir. Onlardan 7 nəfəri tutulub, biri şəhəri tərk etməmək iltizamı ilə buraxılıb, digəri isə federal axtarışdadır. Cinayət işində daha 2 nəfərin adı hallanır. Onlardan biri naməlum səbəbdən yazılı iltizamla azadlığa buraxılıb, digəri isə vəfat edib.

Aparılan təhqiqata görə, cinayətkar qrupun təşkilatçısı və rəhbəri keçmiş sahə müvəkkili, 2000-2003-cü illərdə Daxili İşlər Nazirliyinin Universitetinin dinləyicisi olmuş 30 yaşlı Viktor Ponomarenko və Azərbaycandan olan 27 yaşlı “bomj” Ramin Əliyevdir. Viktor Ponomarenko 2003-2008-ci illərdə Peterburqun Vıborsk rayonunda 59 polis bölməsində çalışıb, öz xahişi ilə işdən çıxıb, amma bu zaman vəsiqəsini təhvil verməyib.

Ümumilikdə, cinayətkar qruplaşmaya Leninqrad vilayətinin Priozyorsk rayonunun Kommunar qəsəbəsinin 2 sakini, Azərbaycan vətəndaşı olan 24,26, 27 və 30 yaşlı 4 nəfər, 32 yaşlı Gürcüstan vətəndaşı daxildir. Qrupda 30, 31 və 37 yaşlı 3 Sankt-Rpeterburq sakini də var. Milis banda üzvlərinin sayının daha çox olduğunu güman edir. Hazırda cinayətkar qrupun digər üzvlərinin şəxsiyyəti dəqiqləşdirilir.

Sahə müvəkkili işlədiyi dövrlərdə öz səlahiyyətlərindən istifadə edən Viktor Ponomarenko yenicə azadlığa çıxmış Ramin Əliyevi qrupa cəlb edib və onu arzuolunmaz hallardan qoruyacağına söz verib. O, sahə müvəkkili vəsiqəsindən isə cinayətləri törədən zaman istifadə edib. Viktor Ponomarenko milisdəki köhnə əlaqələrindən də yararlanıb. Viktor Ponomarenko və Ramin Əliyev cinayətkar qruplaşmanı dəqiq strukturlaşdırıb, sərt qaydalar tətbiq ediblər.

Cinayət əməlləri zamanı onlar tapança, avtomobil, mobil telefon, hidravlik bıçaq və maskalardan istifadə ediblər. Cinayətlər tək soyğunçuluq deyil, həm də millətlərarası münasibətləri qızışdırmaq üçün törədilib. İstintaq materiallarına görə, 2009-cu il yanvarın 1-də Ramin Əliyev öncədən ona tanış olan şəxsi Viktor Ponomarenko ilə birlikdə oğurlayıb və yaxınlarından pul istəyib. Pul alınana qədər qarajda saxladıqları şəxsi yanvarın 13 Vsevolojsk rayonundakı meşəyə gətirərək bıçaqla doğrayıblar. Bıçaqla doğramazdan əvvəl Viktor Ponomarenko onun başına atəş açıb.

2009-cu ilin martında da bir nəfərin mülkiyyətinə yiyələnmək üçün onu zorla avtomobilə əyləşdirib, meşədə oxşar qəddarlıqla öldürüblər. Cinayətkarların qəniməti həmin şəxsin Sankt-Peterburqdakı mənzilinin açarını ələ keçirmək olub. Həmin ay Sankt-Peterburqda 80 nömrəli mağazanı qarət edərək 55 min rubl ələ keçiriblər. 2009-cu il mayın 19-da Çaykovski küçəsindəki lombardı soymağa cəhd göstəriblər. Aprelin 10-da 33 saylı ticarət pavilyonundan 28 min rubl aparıblar. Aprelin 11-də Kudrova kəndində mühafizəçilərə hücum təşkil edilib və buradakı ticarət pavilyonundan 312 min 694 rubl götürülüb.

İstintaq materiallarında Ramin Əliyevin təşəbbüsü ilə törədilən cinayətlərə də toxunulur. Məsələn, 2008-ci il dekabrın 27-də Ramin Əliyev və Viktor Ponomarenko Sankt-Peterburqun Şimal prospektindəki 23 saylı evə hücum edilib, həmin erməni avtomobilə əyləşdirilərək meşəyə aparılıb, qətlə yetirilib. Meyit hissələrə ayrılaraq meşənin müxtəlif yerlərinə atılıb, başı isə yandırılıb.

Cinayətkar qrup ümumilikdə 17 cinayət hadisəsi törədib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1300

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı:  Ölən və yaralananlar var

Qubada "Lexus" dərəyə aşdı: Ölən və yaralananlar var

15 dekabr 2024 , 20:47
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26