Lənkəranda avtomobil od tutub
Lənkəranda minik maşınında yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə Ələt-Astara magistralının Göyşaban kəndi ərazisində qeydə alınıb. Lənkəranın Girdəni kənd sakini, 1991-ci il təvəllüdlü Nizami Sərdar oğlu Xəlilovun idarə etdiyi “VAZ-2103” markalı, 22 BB 381 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən onun mühərrik hissəsində qəfildən yanğın baş verib. İdarəetməni itirən sürücü özünü maşından yerə atmağa macal tapıb.
Maşın isə maneəyə dəyərək dayanıb. Hadisə yerinə çağırılan yanğınsöndürən briqadanın səyləri nəticəsində avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Xoşbəxtlikdən sürücü xəsarətsiz ötüşüb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar

20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59
Gəncədə hovuza yıxılan kişi öldü
3 iyul 2025 , 19:33
Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10