Bakı aeroportunda 2 kq qızılla tutuldu...
İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Canpolad İsmayılov gömrük nəzarətindən “yaşıl kanal”la keçərkən hərəkətləri şübhə doğurduğu üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.
Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin vətəndaş mütləq bəyan olunası mallarının olub-olmadığı barədə şifahi sorğu-sual edilib, o da öz növbəsində, belə malların olmadığını şifahi bildirib. Bundan sonra Canpolad İsmayılovun çantası “Rapiscan-628” markalı X-Ray aparatından keçirilən zaman monitorda zərgərlik məmulatlarına bənzər əşyaların təsvirləri əks olunub. Daha sonra həmin çantaya təkrar gömrük baxışı keçirilmiş və nəticədə, çantadakı şəxsi əşyaların arasında olan sellofan torbaya yerləşdirilmiş plastik qabın içərisindən bəzilərinin üzərində qaşlar olan qızıl zinət əşyaları - 82 ədəd boyunbağı, 79 ədəd qolbaq, 95 cüt sırğa, 72 ədəd üzük, 9 ədəd kulon, 6 ədəd üzük və sırğa cütü dəsti aşkarlanıb. Bundan başqa, şəxsi yoxlama nəticəsində isə Canpolad İsmayılovun şalvarının cibindən, üzəri qaşlarla bəzədilmiş 1 ədəd üzük, 1 ədəd üzük və sırğa cütü aşkar edilib.
İlkin araşdırma zamanı Canpolad İsmayılov qızıl zinət əşyalarını Türkiyənin İstanbul şəhərindən satış məqsədilə aldığını bildirib. O, həmin malları gömrük orqanına bəyan etməməsinin səbəbini isə müvafiq qanunvericiliyi yaxşı bilməməsi ilə izah edib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, həmin zərgərlik məmulatlarının əyarı 585, ümumi çəkisi isə 1772,37 qram müəyyən edilib.

2982