Bakıda oğul anasını amansızlıqla döydü - TƏFƏRRÜAT
07 sentyabr 2012 11:39 (UTC +04:00)

Bakıda oğul anasını amansızlıqla döydü - TƏFƏRRÜAT

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Papanin adı ilə tanının ərazidə, Maqsud Əlizadə küçəsində yaşayan qadının şikayəti doğma oğlundan olub. Qadın bildirib ki, oğlu, 21 yaşlı Vüsal Məmmədov yeniyetmə yaşlarından pis yola düşüb, narkotik istifadə etməyə başlayıb. Buna görə də 2 il əvvəl V.Məmmədov tutulub, məhkum edilib. Bu müddətdə qadın dəfələrlə oğlunun yanına gedib gəlib, onu azadlığa çıxandan sonra evləndirəcəyini, düz yola qaytaracağını deyib.

Bu ilin martında V.Məmmədov həbsxanadan çıxıb. Lakin o, narkotik vasitələrdən yenə də əl çəkə bilməyib, vaxtaşırı olaraq anasından pul tələb edib. Pul ala bilmədikdə isə heç bir yerdə işləməyən gənc evdə dava-dalaş salıb. Bir neçə gün əvvəl isə V.Məmmədov anasından yenə pul istəyib. Qadın ona verməyə pulunun olmadığını deyib. Nəticədə oğul anasını yumruq təpiklə döyməyə başlayıb. Bu azmış kimi 21 yaşlı V.Məmmədov anasını dartaraq küçəyə çıxarıb, bel kəməri ilə doğma anasını qonşuların gözü qarşısında amansızlıqla döyüb. Bütün bunları isə oğul anasını əxlaqsızlıqda suçlayaraq, onu söyə-söyə edib.

Baş verənlərlə bağlı məlumat daxil olduqdan sonra polis araşdırmalara başlayıb. Qadının dedikləri düz çıxıb və sentyabrın 6-da V.Məmmədov narkotik vasitə ilə yaxalanıb. Onu qarşıda daha bir neçə il həbsxana müddəti gözləyir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5107

Oxşar yazılar

Ticarət mərkəzində FACİƏ:  xadimə 3-cü mərtəbədən yıxıldı

Ticarət mərkəzində FACİƏ: xadimə 3-cü mərtəbədən yıxıldı

16 may 2025 , 10:56
Bakıda FACİƏ:  kişi 10-cu mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: kişi 10-cu mərtəbədən yıxılıb öldü

16 may 2025 , 10:28
Dünən bank kartlarından 10 min manatdan çox  pul oğurlanıb

Dünən bank kartlarından 10 min manatdan çox pul oğurlanıb

16 may 2025 , 09:55
Naxçıvanda dələduz "məmur"  saxlanıldı

Naxçıvanda dələduz "məmur" saxlanıldı

16 may 2025 , 09:46
İrandan Rusiyaya brokoli aparan TIR-da görün nələr çıxdı?

İrandan Rusiyaya brokoli aparan TIR-da görün nələr çıxdı?

16 may 2025 , 09:37
Tiktokda   dələduzluq edən TUTULDU

Tiktokda dələduzluq edən TUTULDU

16 may 2025 , 09:32
Bakıda maşın kişini vurub öldürdü

Bakıda maşın kişini vurub öldürdü

16 may 2025 , 09:23
Keçmiş məmur HƏBSDƏ ÖLDÜ

Keçmiş məmur HƏBSDƏ ÖLDÜ

16 may 2025 , 09:15