“APA Group” haker hücumları ilə bağlı milli təhlükəsizlik nazirinə müraciət etdi
“APA Group”un baş direktoru Vüsalə Mahirqızı şirkətə daxil olan saytlara edilən davamlı haker hücumları ilə bağlı milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib.
APA-nın xəbərinə görə, müraciətdə artıq bir neçə həftədir ki, “APA Group”a daxil olan qurumların saytlarına (www.apa.az, www.lent.az, www.kulis.az, www.vesti.az, www.apasport.az) güclü və davamlı hücumlar edildiyi qeyd olunub: “1 sentyabr 2012-ci ildən başlayaraq, holdinqimizə daxil olan www.apa.az və www.vesti.az saytlarına güclü haker hücumu olub. Hücum nəticəsində sentyabrın 5-dək saytların fəaliyyətində fasilələr yaranıb, müştərilərimiz qarşısındakı öhdəliklərimizi bizdən asılı olmayan səbəbdən yerinə yetirə bilməmişik, şirkətimizə ciddi maddi və mənəvi zərər dəyib.
Sentyabrın 5-də isə APA-ya məxsus www.apa.az saytına 94.20.74.4 saylı ip-dən davamlı hücumlar gəlib və bir saat ərzində saytın fəaliyyətində fasilələr yaranıb”.
Müraciətdə həmçinin ölkədə fəaliyyət göstərən saytlardan birinə edilən hücumlar zamanı bu saytın DNS-nin server administratorları tərəfindən bilərəkdən www.apa.az saytına yönləndirildiyi, yalnız sayt rəhbərliyi ilə aparılan danışıqlardan sonra məsələnin həllini tapdığı da qeyd olunub.
Müraciətə hər iki hücum və yönləndirilmə ilə bağlı faktlar və fotoşəkillər də əlavə olunub.
“APA Group”un baş direktoru qeyd edib ki, müraciətində saytlara edilən hücumların araşdırılması, hücum səbəbi və sifarişçilərin tapılmasını xahiş edib.
Vüsalə Mahirqızı son aylar ərzində bu cür hücumlara məruz qalmış bütün sayt rəhbərlərini də müvafiq orqanlara müraciət etməyə və faktların araşdırılmasında maraqlı olmağa çağırıb.

Oxşar yazılar

Şirvanda AĞIR QƏZA: ölən və yaralanan var
12 may 2025 , 05:42
Göyçayda güclü yanğın əmlak sahibinə ciddi ziyan vurdu - FOTO
12 may 2025 , 00:22
Ağsuda 50 yaşlı kişi ağac parçası ilə döyüldü
11 may 2025 , 22:41Tərtərdə dolu ciddi fəsadlar törətdi - VİDEO
11 may 2025 , 21:57
“Range Rover” “Opel”lə toqquşdu- 3 ağır yaralı var
11 may 2025 , 19:36
Sumqayıtda yola avtomobil yağı dağılıb-YENİLƏNİB
11 may 2025 , 19:23
Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO
11 may 2025 , 14:16