İsraildən Azərbaycana terror xəbərdarlığı
APA-nın “newsru.co.il.” saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Yığmanın üzvlərinə oteli tərk etmək qadağan edilib, komandanın oteldən ancaq xüsusi avtobusla mühafizə altında stadiona məşqə getməsinə icazə verilir.
İsrail KİV-inin məlumatında deyilir ki, 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin oyunu üçün Bakıya gələn İsrail yığmasının mühafizəsi məqsədilə Azərbaycan hüquq-mühafizə orqanları da gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirir.
Futbolçuların qarşılanması zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun bir hissəsi bağlanıb, aeroport təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb.
İsrail mətbuatının yazdığına görə, aeroportdan otelə yollanan avtobusu yolboyu onlarla post-patrul maşını və polis helikopteri müşayiət edib.
Qeyd edək ki, 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan-İsrail qarşılaşması sentyabrın 7-də olacaq.
Xatırladaq ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi bu ilin əvvəlində İsrail diplomatlarına və yəhudi obyektlərinə qarşı terror cəhdlərinin qarşısının alındığı barədə məlumat yayıb.
İsrail xüsusi xidmət orqanları isə dünən Kip, Yunanıstan və Tailand hökumətlərinə müraciət edərək, terror təhlükəsi ilə əlaqədar İsrail obyektlərinin mühafizəsini gücləndirməyi xahiş edib

Oxşar yazılar

Şirvanda AĞIR QƏZA: ölən və yaralanan var
12 may 2025 , 05:42
Göyçayda güclü yanğın əmlak sahibinə ciddi ziyan vurdu - FOTO
12 may 2025 , 00:22
Ağsuda 50 yaşlı kişi ağac parçası ilə döyüldü
11 may 2025 , 22:41Tərtərdə dolu ciddi fəsadlar törətdi - VİDEO
11 may 2025 , 21:57
“Range Rover” “Opel”lə toqquşdu- 3 ağır yaralı var
11 may 2025 , 19:36
Sumqayıtda yola avtomobil yağı dağılıb-YENİLƏNİB
11 may 2025 , 19:23
Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO
11 may 2025 , 14:16