İki qardaş birgə qətl törətdi
Sabirabadda iki qardaş həmkəndlilərini 16 bıçaq zərbəsi ilə qətlə yetiriblər.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon prokurorluğundan məlumat daxil olub.
Məlumata görə, bu gün saat 20.00 radələrində rayonun Qaragüney kəndində qətl hadisəsi baş verib. Adı çəkilən kəndin sakini, 1986-cı il təvəllüdlü Məmmədov Əliağa Ədalət oğlu qardaşı ilə birgə həmkəndlisi, 1989-cı il təvəllüdlü Həsənov Nurəli Ramiz oğlunu əvvəlcə döyüblər və daha sonra ona 16 bıçaq zərbəsi vuraraq qətlə yetiriblər. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Qardaşlar isə hadisə yerindən qaçıblar. Onların tutulması üçün əməliyyat tədbirləri həyata keçirilir. Qətlin səbəbləri istintaq tərəfindən araşdırılır.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar yazılar

Qax sakini şəlalədən yıxıldı
9 may 2025 , 16:46
Yeddinci mərtəbədən yıxılan qız sağ qaldı
9 may 2025 , 16:04
Masallıda "Prado" aşdı, sürücünün övladları və qohumu öldü - YENİLƏNİB
9 may 2025 , 16:02
Beyləqanda kişi işıq dirəyindən yıxılıb öldü
9 may 2025 , 10:23
Bank kartlarından 11 min manatdan çox pul oğurlandı
9 may 2025 , 10:05
Velosipeddən yıxılan 12 yaşlı uşaq komaya düşdü
8 may 2025 , 23:31
Marketdə çalışan qadın iş yerində öldü
8 may 2025 , 22:40